Donbasda don vurmuş azərbaycanlı ailə tapıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Donbasda don vurmuş azərbaycanlı ailə tapıldı - VİDEO

Maraqlı

30 Noyabr 2022 14:44 869


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 

O bildirib ki, ötən axşam bütün Ukrayna boyu yenidən hava həyəcanı siqnalı verilib. pizza sifarişi

“Paytaxt Kiyevdə, eləcə də digər vilayətlərin əksəriyyətində kommunal xidmətlərlə bağlı məhdudiyyətlər davam edir. Bildirilir ki, elektrik enerjisindəki fasilələr səbəbindən yol qəzalarının sayı altı dəfə artıb”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, Ukraynada ağır döyüşlər xüsusilə Donetsk, Xerson, Nikolayev və Zaporojye istiqamətində gedir. Zaporojyedə atom elektrik stansiyası ətrafında mübarizə daha da gərginləşib.

O da bildirilib ki, Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında azərbaycanlı ailə − Hafiz Ağayev, onun həyat yoldaşı Marina Ağayeva və onların üç uşağının donmuş meyitləri tapılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!