“Dönər olsa, Türkiyəyə gedərəm” - İsrailli nazir 

saytların hazırlanması

Evə çatdırılma

“Dönər olsa, Türkiyəyə gedərəm” - İsrailli nazir 

Maraqlı

25 May 2022 14:38 1135


Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfəri çərçivəsində həmkarı Yair Lapid ilə görüşüb. 

Modern.az xəbər verir ki, XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Çavuşoğlu 15 ildən sonra baş tutan ilk səfərdə həmkarı ilə ikitərəfli əlaqələri müzakirə etdiklərini, Məscidül-Əqsa ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. Onun sözlərinə görə, Türkiyənin məqsədi Yaxın Şərqdə davamlı sülhə nail olmaqdır.  Sezar pizza

Çavuşoğlu, eyni zamanda israilli həmkarını Türkiyəyə səfərə dəvət edib. Bu zaman İsrailin XİN başçısı Yair Lapid ona zarafatla cavab verib. 

“Dönər kababı olsa gəlirəm” - israilli nazirin cavabı gülüşlə qarşılanıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri 15 ildən sonra ilk dəfə İsraildə səfərdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!