Dopinq qəbul edən azərbaycanlı güləşçinin bütün medalları əlindən alınacaq

saytların hazırlanması

Evə çatdırılma

Dopinq qəbul edən azərbaycanlı güləşçinin bütün medalları əlindən alınacaq

İdman

06 Dekabr 2020 11:53 1271


Azərbaycanlı sərbəst güləşçi, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Murtuzəli Müslümov (70 kiloqram) dopinq istifadəsində təqsirli bilinərək dörd il müddətinə diskvalifikasiya edilib.

Yenisabah.az xəbər verir ki, 12 iyul 2019-cu ildə İstanbulda Yaşar Doğunun xatirəsinə təşkil edilən ənənəvi beynəlxalq turnir zamanı Müslümovdan götürülmüş dopinq testinin analiz nümunəsi idmançının orqanizmində Ümumdünya Antidopinq Təşkilatı (WADA) tərəfindən qadağan olunmuş anabolik steroidlər qrupuna daxil olan metabolit drostanolon və oksandrolonun olmasını təsdiq edib.

Yeri gəlmişkən, M.Müslümov sözügedən turnirin qalibi olub. Toyuqlu pizza

Nəticədə 27 yaşlı Müslümov 4 il müddətinə diskvalifikasiya edilib. Cəzanın başlama müddəti 12 iyul 2019 tarixi hesab edilib və 11 iyul 2023-cü ilə qədər davam edəcək.

Dünya Güləş Federasiyasının qaydalarına uyğun olaraq, 12 iyul 2019-cu ildən başlayaraq Müslümovun beynəlxalq yarışlarda nümayiş etdirdiyi bütün nəticələr ləğv ediləcək və medallar müsadirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!