Dopinq testi üçün nümunələri dəyişdirməkdə ittiham olunan Nicat Rəhimovdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Dopinq testi üçün nümunələri dəyişdirməkdə ittiham olunan Nicat Rəhimovdan AÇIQLAMA

İdman

20 Yanvar 2021 19:37 885


Sidik analizini dəyişdirməkdə ittiham olunan Qazaxıstanın ağırlıqqaldırma millisinin azərbaycanlı legioneri Nicat Rəhimov açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, 27 yaşlı Olimpiya və dünya çempionu test nümunəsinin dəyişdirilməsinə görə özünün günahkar olmadığını bildirib:

“Dostlar, mənə qarşı irəli sürülən dəyişdirmə iddiaları barədə bildiriş almışam. Belə xəbərin növbəti yarışlara hazırlaşan hər bir idmançı üçün gözlənilməzlik olduğunu düşünürəm. Marqarita pizza

Məni qadağan olunmuş bir şeydən istifadə etməkdə günahlandırmırlar. Hər hansı bir peşəkar idmançı kimi, mövsüm ərzində dəfələrlə dopinq üçün nümunələr verirəm, sonradan mənim sidik analizimlə nə baş verir mənə məlum deyil və bu, bizi yoxlayan test qurumlarının məsuliyyətidir.

Dostlar, təslim olub başqasının günahını özümə götürmək niyyətində deyiləm. Qələbələrim günü minlərlə qazaxıstanlının mənimlə birlikdə sevindiyi o anlar həmişə məni ilhamlandırır! Əminəm ki, sadiq dostlarım, bu gün də mənə dəstək olacaqsınız. Mən ədalətli idmanın tərəfdarıyam.

İndi izahlarımı Beynəlxalq Test Agentliyinə təqdim etməliyəm, yuxarıda yazdıqlarımın hamısını söyləyəcəyəm”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!