Dörd avtomobili əzən narkoman sürücü həbs edildi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dörd avtomobili əzən narkoman sürücü həbs edildi - Foto

Kriminal

21 Dekabr 2021 16:33 815


Narkotik vasitənin təsiri altında qəza törədərək 4 avtomobilə xəsarət yetirən şəxs həbs olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ- 2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib. Nəticədə daha 3 nəqliyyat vasitəsinin - “VAZ 21154”, “VAZ 21063” və “Mercedes-Benz” markalı avtomobillərə ziyan dəyməsi ilə nəticələnən zəncirvari qəza hadisəsi yaranıb. E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad  Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!