Dörd azərbaycanlı dənizçi aldadılaraq xarici ölkəyə aparılıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Dörd azərbaycanlı dənizçi aldadılaraq xarici ölkəyə aparılıb - Rəsmi

Siyasət

30 Aprel 2020 15:31 1108


Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət 4 dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.

Bu barədə Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib. 

Onun sözlərinə görə, müraciətə dərhal reaksiya verilərək Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq onların otel vədigərxərcləri ödənilib, lazımi köməkliyin göstərilməsi təmin edilib: "Dövlət Dəniz Agentliyi, Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir". Pepperoni pizza

"Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir. Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək", - T.Müseyibov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!