“Dörd gündür hökumətə rəsmi müraciətlər göndərirəm…”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Dörd gündür hökumətə rəsmi müraciətlər göndərirəm…” - Deputat

Siyasət

17 İyun 2020 13:21 3144


“Adamın qaragüruhçu olduğunu dərhal təsbit edə bilirəm. Hər dəfə bir şey paylaşanda dostluğumda gizlənmiş adam özünü tez büruzə verir. Aktual mövzunun altında adam yazır ki, Fazil bəy, niyə Rusiya sərhəddindən yazmırsınız?

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa özünün facebook səhifəsində yazıb. Deputat qeyd edib ki, dörd gündür, Naxçıvan camaatının, Rusiya, Türkiyə və Avropada qalmış vətəndaşlarımızın problemləri ilə bağlı hökumətə rəsmi müraciətlər göndərir, Operativ Qərargahla əlaqə saxlayır, təkliflərini verir: “İndi bu populizm mövzusudur? Hökumət səviyyəsində bu problem Rusiya ilə danışaraq çözülməkdədir, sıxıntılar var, ancaq burada qızışdırıcı və populist mövqenin əziyyətini oradakı soydaşlarımız çəkəcək deyə məsələyə olduqca ehtiyatla yanaşmalıyıq. Biz bu sıxıntıları daha da artırmağa deyil, onu mümkün vasitələrlə həll etməyə çalışmalıyıq”.

  Pepperoni pizza

  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!