Dörd günlük iş rejimi haqda VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Dörd günlük iş rejimi haqda VACİB AÇIQLAMA

Sosial

18 Noyabr 2025 13:22 1605


Yanvardan etibarən Azərbaycanda 4 günlük iş rejiminə keçid məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir sıra ölkələrində tətbiq edilən qısaldılmış iş həftəsi əmək məhsuldarlığının artırılması və işçi rifahının yaxşılaşdırılması baxımından müsbət nəticələr versə də, bu modelin Azərbaycanda tətbiqi ilə bağlı ciddi suallar qalmaqdadır.

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkənin hazırkı əmək bazarı strukturu 4 günlük iş rejiminə keçid üçün tam uyğun deyil:

“Azərbaycanda müqavilə ilə çalışanların yarısı dövlət sektorunda, o cümlədən təhsil, hüquq-mühafizə, məhkəmə və digər büdcə təşkilatlarında çalışır. Bu sahələrdə iş saatlarının qısaldılması həm fəaliyyətin dayanıqlığını, həm də xidmətlərin göstərilməsini çətinləşdirər”. Dominos pizza

Ekspert qeyd edib ki, təhsil sistemində 200 mindən çox insanın çalışdığı bir mühitdə 4 günlük dərs rejiminin tətbiqi real görünmür:

“Eyni zamanda, bank sektoru, beynəlxalq pul köçürmələri və digər xidmət sahələri də qısaldılmış iş həftəsinə keçiddə ciddi maneələrlə üzləşəcək. Özəl sektorda isə bu model maaşların azaldılması və işçi bölgüsünün dəyişməsi kimi risklər yarada bilər”.

Natiq Cəfərlinin fikrincə, beynəlxalq təcrübə hər nə qədər uğurlu nümunələr göstərsə də, Azərbaycanın iqtisadi reallığı hələlik bu modelə keçid üçün yetərli deyil. Bu səbəbdən yaxın dövrdə , o cümlədən yanvardan – 4 günlük iş rejiminin tətbiq olunacağı real görünmür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!