Dörd il sonra Bakıya qayıdan müğənni karantində - Video

saytların hazırlanması

Evə çatdırılma

Dörd il sonra Bakıya qayıdan müğənni karantində - Video

Şou

24 Mart 2020 09:48 1172


Bir müddətdir Amerika Birləşmiş Ştatlarında yaşayan müğənni İlhamə Qasımova ölkəmizə qayıdan zaman hava limanından birbaşa karantinə göndərilib.

“Yeni Sabah” Xəzər TV-yə istinadla xəbər verir ki, sənətçi hazırda karantin zonasındakı vəziyyət və səhhəti ilə bağlı məqamları əməkdaşlarımızla bölüşüb.

Xaricdən gələn yüzlərlə insanla bərabər o da təyyarədən enən kimi paytaxtdakı karantin məkanlarından birinə aparılıb. Dominos pizza

Müğənninin sözlərinə görə, karantinə yerləşdirildikdən dərha sonra onlara dezinfeksiya üçün ləvazimatlar verilib. Maskalarla təmin olunublar.

İlhamə Qasımova insanlara da çağırış edərək bildirib ki, sağlamlıq və təhlükəsizlik hər şeydən əvvəl gəlir. Ona görə də qadağa və məhdudiyyətlərə riayət etmək vacibdir.

Müğənii həm özünün, həm də karantindəki insanların yaxınlarına da səslənərək bildirib ki, peşəkar tibb işçiləri onların sağlamlığı ilə daim maraqlanır. Yəni, insanlar onlardan narahat olmasınlar, özləri virusdan qorunmaq üçün mümkün qədər evlərini tərk etməsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!