Azərbaycandan 4 ölkəyə qadağa: Mallar geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan 4 ölkəyə qadağa: Mallar geri qaytarıldı

Sosial

16 Sentyabr 2025 10:49 87710


Azərbaycana dörd ölkənin bəzi ərazilərindən müvafiq malların idxalına məhdudiyyət tətbiq olunub.

Bu barədə Yenisabah.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiyanın Bjelovar-Biloqora bölgəsi, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. pizza mizza

AQTA ölkə ərazisinin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!