“Dörd qadınla evlənmək əxlaqsızlıqdır” - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Dörd qadınla evlənmək əxlaqsızlıqdır” - Aqil Abbas

Sosial

23 İyun 2025 18:27 538


"Dörd qadınla evlənmək icazəsi barədə qərarı çıxaran Rusiya Müsəlmanları Ruhani İdarəsi qələt edib. Dörd qadınla evlənməyə pis baxıram, əxlaqsızlıq kimi dəyərləndirirəm. Bilmirəm, bu qərarı kim verib. Kim veribsə, səhv edib".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

"O vaxt bu qanunu çıxarında ölkədə müharibə gedirdi, qadınlar başsız qalmışdılar. Buna görə dörd qadınla evlənməyə icazə vermişdilər. Həmin vaxtdan 1400 il keçib. Əxlaqsızlıqdır, vəssalam!" Marqarita pizza

Xatırlatma: Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Bu qərar Azərbaycanda da müzakirə yaradıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!