Dörd rayonda qanunsuz ağackəsmə faktı üzrə cinayət işləri başlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Dörd rayonda qanunsuz ağackəsmə faktı üzrə cinayət işləri başlanıldı 

Maraqlı

10 Yanvar 2023 14:59 735


Dörd rayonda qanunsuz ağackəsmə faktı üzrə cinayət işləri başlanıb. 

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Marqarita pizza

Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!