Azərbaycanda 3 siyasi təşkilat dövlət qeydiyyatına alınıb.
Ədliyyə Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, həmin siyasi təşkilatlar Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasıdır (əvvəlki Vahid Azərbaycan Partiyası.) Bu partiyaların nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
Milli Vəhdət Partiyası nın təsisçisi “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin sahibi Yunus Oğuzdur. Azərbaycan Milli Demokrat Partiyasının təsisçisi isə AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın Daxili İşlər naziri vəzifəsində çalışan mərhum İsgəndər Həmidovdur. Ağ Partiyanın təsisçisinə gəlincə, bu vaxtilə Müsavat Partiyasının gənclər təşkilatının sədri olmuş Tural Abbaslıdır. Sezar pizza
Telegram kanalımız