Dördgünlük iş həftəsinə keçilə bilər - Rusiyada

saytların hazırlanması

Evə çatdırılma

Dördgünlük iş həftəsinə keçilə bilər - Rusiyada

Dünya

13 Yanvar 2025 08:52 325


Rusiyada dördgünlük iş həftəsinə keçmək mümkün olacaq.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov "RİA Novosti"yə bildirib.

Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər. Sezar pizza

Nilov misal olaraq evdən işləyə bilməyəcək həkimləri göstərib.

Deputatın fikrincə, iş vaxtının qısaldılması "kimsə tərəfindən nə iləsə kompensasiya edilməlidir" və texnologiya bu funksiyanı öz üzərinə götürə bilər.

"Optimallaşdırma və robotlaşdırma baş verdikdə, süni intellekt bizə əmək məhsuldarlığını və vətəndaşların gəlirlərini artırmağa, və şəxsi iştirakı azaltmağa imkan verəcək", - Dövlət Dumasının komitə sədri qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!