Dörduşaqlı ailələrə 100 min veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Dörduşaqlı ailələrə 100 min veriləcək

Dünya

24 Sentyabr 2025 21:42 390


Bu gün Joqorku Keneş (parlament) “Qırğızıstanda dövlət pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini üç oxunuşda qəbul edib.

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin əmək, sosial təminat və miqrasiya nazirinin müavini Bakıt Darmankul Ulu məlumat verib.

Nazir müavini bildirib ki, 2024-cü ildə Prezident Sadır Japarov yüksək dağlıq bölgələrdə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin verilməsi haqqında fərman verib. Dominos pizza

Onun sözlərinə görə, 2026-cı ildən başlayaraq çoxuşaqlı ailələrə aşağıdakı müavinətlər veriləcək:

Dördüncü uşaq üçün 100 min som (1944 manat);

Beşinci uşaq üçün 600 min som;

Altıncı uşaq üçün 800 min som;

Yeddinci uşaq üçün 1 milyon som;

Səkkizinci uşaq üçün 1,2 milyon som;

Doqquzuncu uşaq üçün 1,5 milyon som;

Onuncu uşaq üçün 2 milyon som.

“Bu vəsaitlər uşaq 1 yaşı tamam olandan sonra verilməyə başlayacaq. Bu məqsədlə ilk ödənişlər üçün 6 milyard 615 milyon som ayrılıb”, - Darmankul qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!