Döşlərinizin böyüməsi üçün bunları edin - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Döşlərinizin böyüməsi üçün bunları edin - Fotolar

Maraqlı

06 Sentyabr 2022 23:31 7594


Kiçik döşlər daha rahat olmasına baxmayaraq bir çox qadın döşlərinin ölçüsündən narazıdır. Döşləri böyütmək üçün müxtəlif tətbiqlər var. Əgər cərrahi əməliyyatlar keçirmək istəmirsinizsə və sinənizin yalnız paltar vasitəsilə daha böyük görünməsini istəyirsinizsə, döşlərinizi böyütmək üçün aşağıdakı üsulları sınaya bilərsiniz.

Yenisabah.az xarici mətbuata istinadla xəbər verir ki, döşləri böyük olan qadınlar daha kiçik döşlərə sahib olmaq istəsələr də, ümumiyyətlə böyük döşlər hər kəs tərəfindən bəyənilir. Qadınlar daha böyük döşlərə sahib olmaq üçün döş əməliyyatı edirlər. Ancaq bu əməliyyatlardan qorxan qadınlar sinələrini daha böyük göstərmək üçün fərqli həll yolları axtarırlar. Bunun üçün bir neçə məsləhəti praktik həyata keçirsəniz, kifayətdir.

Üfüqi zolaqlı paltarlar sizi həm kök göstərəcək, həm də döşlərinizi daha böyük göstərəcək. Ağ və ağa yaxın tonlar döşlərinizi daha böyük göstərsə də, qara və yaxın rənglər onları daha incə edəcək. Detallı və qarışıq paltarlar seçsəniz, (muncuqlu,daşlı,fırfırlı) sinə bölgəniz daha böyük görünəcək. Marqarita pizza

Sinə əzələlərini işlədəcək məşqlər edərək sinələrinizin daha dik görünməsini təmin edə bilərsiniz. Bu məşq üçün ən yaxşı tövsiyə push-uplardır.

Bürünc konturla sinənizin orta xəttinizi gözə çarpdıraraq daha böyük döşlərlə görünə bilərsiniz. Yarım ay formasında dekolte xəttinə və döşlərin yuxarı hissələrinə sürtəcəyiniz bürünc toz sinələrinizi aydınlaşdıracaq. Qalan nahiyələrə parlaq toz çəkərək təbii görünüş əldə edə bilərsiniz. Bu, xüsusi hallar üçün ideal bir üsuldur. Döşlərinizin kiçik və ya kifayət qədər böyük görünməməsinin səbəblərindən biri pis duruşunuz ola bilər. Düzgün duruşları tətbiq etsəniz, döşləriniz daha böyük və dik görünəcək.

Kiçik döşlər üçün ən çox və tez-tez istifadə olunan məhsullardan biri push-up (döşləri qaldırmaq və yuvarlaqlaşdırmaq üçün nəzərdə tutulmuş qadınlar üçün nəzərdə tutulmuş alt paltarı növüdür) büstqalterləridir. Push-up büstqalterlər döşlərinizi 1-2 ölçü böyüdə bilər. İçərisində olan süngəri ilə sinələrinizi daha dolğun və böyük göstərən büstqalterlər, kiçik döşlü qadınların problemlərinə çarə olur.

İmamət İSMAYILOVA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!