Dostundan şəhidə vəfa borcu - Video

saytların hazırlanması

Evə çatdırılma

Dostundan şəhidə vəfa borcu - Video

Sosial

07 Mart 2020 23:38 606


Aprel döyüşlərində şəhid olan Samir Kaçayevin qəbirüstü abidəsini onun ən yaxın dostu hazırlayıb.

"Yeni Sabah" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin qəbirüstü abidəsini heykəltəraş dostu Rahib Qarayev hazırlayıb. Abidə Şamaxı rayon, Məlhəm kənd qəbiristanlığında şəhidin dəfn olunduğu məzarın üzərində ucaldılıb.

Rahib Qarayev bildirib ki, şəhid Samir Kaçayev sağlığında həm istedadlı heykəltəraş, həm də yaxşı dost olub. Pepperoni pizza

Şəhidin atası Ziyəddin Kaçayev isə ötən gün Samirin doğum günü olduğunu, hər zaman tələbə yoldaşları və dostları tərəfindən onun xatirəsinin yad edildiyini bildirib.

Qeyd edək ki, əvvəllər də bir neçə şəhidimizin abidəsini hazırlayan heykəltəraş Rahib Qarayev Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ Müharibəsi iştirakçısı Albert Aqarunovun heykəlinin də həmmüəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!