Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabranda FACİƏ

saytların hazırlanması

Evə çatdırılma

Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabranda FACİƏ

Kriminal

05 İyul 2021 09:30 979


Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən boğularaq ölən iki nəfərin axtarışları başa çatıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Hər iki şəxs Quba rayonunun Aşağı-Atuc kəndinin sakinləridir. Onların meyitləri ailələrinə təhvil verilib. pizza

Ölənlərin yaxınlarının bildirdiyinə görə, Nemətin dənizdə çimərkən batdığını görən Naib ona tərəf üzüb. Bu zaman Naib də batmağa başlayıb. Onların hər ikisinə kömək etmək istəyən Nemətin qardaşı İzzət Hüseynov da suda boğulmağa başlayıb.

Hadisə yerinə gələn xilasedicilər yalnız İzzəti xilas edə biliblər. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!