Dostunun evindən 250 min manat oğurladı   – Azadlığa çıxmaq istəyir 

saytların hazırlanması

Evə çatdırılma

Dostunun evindən 250 min manat oğurladı – Azadlığa çıxmaq istəyir 

Kriminal

06 May 2020 14:38 1132


Dostunun atasının 150 min dollar pulunu oğurladığı üçün 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Vəkilov Aqil Otello oğlu azadlğa çıxması üçün məhkəməyə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, A.Vəkilov “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə şikyət edib. Ancaq 1-ci instansiya məhkəməsi onun şikayətini təmin etmədiyindən A.Vəkilov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Cinayət işində Samedov Baxman Niyazi oğlu tanınıb. 

Xatırladaq ki, Rusiya vətəndaşı olan iş adamının evindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 28 yaşlı Aqil Vəkilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İstintaqla müəyyən edilib ki, Aqil Vəkilov dostu Ramil Səmədovun Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan atası Baxman Səmədova məxsus mənzildə külli miqdarda pul saxladığını öyrənib. Mənzilin giriş qapısının açarını gizli yolla ələ keçirərək surətini çıxarıb. Həmin açarla 2015-ci ilin noyabr-dekabr aylarında və 2016-cı ilin fevral ayında qapını açıb, yataq otağındakı çarpayının altında saxlanılan, içərisində külli miqdarda pul olan sellofan torbadan ümumilikdə 150 min dollar götürüb.  Sezar pizza

Təqsirləndirilən şəxs qismində dindirilən Aqil Vəkilov istintaq zamanı ziddiyyətli ifadələr verib. İlkin ifadəsində Baxman Səmədovun evindən oğurluq etmədiyini, ümumiyyətlə, həmin mənzilə daxil olmadığını göstərib. Sonradan isə sözügedən mənzildən pul oğurladığını etiraf edib: “Oktyabrın 19-da Ramilgilin evinə Nurlana çatası pulu götürmək üçün getmişdim. Mənzilə keçmədim, pulun hansı otaqdan götürüldüyünü görmədim. Ramilin bacısı Səbinənin verdiyi 9500 dolları götürüb aşağı düşdüm, maşında məni gözləyən Nurlana verdim. Məndə heç vaxt onların giriş qapısının açarı olmayıb. Ramilin maşınını bir-iki dəfə idarə etmişəm. Amma mənə ancaq maşının açarlarını verib, evinin, atasının evinin açarlarını verməyib. 2015-ci ilin noyabr-dekabr aylarında Ramilin atası evindən oğurluq etməmişəm”. 

A.Vəkilovun ifadəsinə görə, Ramilgilin evlərindən oğurluq olunması barədə Türkiyədə istirahət edərkən xəbər tutub. Belə ki, “Skype” vasitəsilə əlaqə saxlayan zaman Ramil ona evlərindən 60 min manat oğurlandığını, amma polisə xəbər vermədiklərini deyib: “Ramil dedi ki, oğuluqda əmisi oğlanlarından şübhələnirlər. Amma atalarına deməyə qorxurlar. Əgər desələr, ataları onlardan şübhələnəcək. Həmçinin Nurlana verilən 9500 dollardan da atalarının xəbəri olmayıb. Bu oğurluğu mən törətməmişəm, xəbərim yoxdur”. 

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Ramilgil oğurluq səhnəsi yaratmaq üçün variant axtarıblar, sonda isə bu oyunda ondan istifadə ediblər: “Bu problemdən qurtulmaq üçün variant fikirləşmək lazım olduğunu deyirdilər. Bununla bağlı aramızda bir neçə dəfə ümumi söhbətlər olmuşdu. Amma fevralın 11-nə qədər Baxmanın evinə girib pul götürməli olacağımı Ramilgil mənə deməmişdilər. Fevralın 10-da zəng vurub soruşdu ki, gəlirsən? Mən də günortadan sonra öz maşınımla Ağdaşdan Bakıya gəldim. İtimi də özümlə götürüb Ramilgilə qalxdım. Səbinə ilə Ramil mənə “belə bir planımız var, Baxmanın evində masanın üstünə pul qoyulub, sən o pulu götürməlisən, biz də and içək ki, evdən oğurluq olub” dedilər. Baxmanın evinin açarını mənə verdilər. Mən də razılaşdım. Ramilin verdiyi açarla mənzilin qapısını açdım, masanın üstündəki 100 dollarlıq bağlamanı götürüb dərhal çıxdım. Ramilgilə qayıdıb bağlamanı onlara verdim. Səbinə mənə minnətdarlığını da bildirdi”. 

Zərərçəkmiş şəxs qismində dindirilən Baxman Səmədov ifadəsində əslən Ağdaş rayonundan olduğunu, işləmək üçün Rusiyanın İrkutsk şəhərinə getdiyini, uzun illərdir orada yaşadığını, ailə qurduğunu, iki övladı olduğunu göstərib: “İrena Petrovna ilə ailə qurdum. Birgə nikahdan iki övladımız var. Rusiya vətəndaşı olsam da, Azərbaycanla heç vaxt əlaqəmi kəsməmişəm. Oğlum Ramil 2005-ci ildə Rusiyada təhsilini bitirdikdən yaşamaq üçün Azərbaycana gəldi. Ondan bir neçə il sonra həyat yoldaşımla qızım da Azərbaycana köçdü”. Zərərçəkmişin ifadəsinə görə, oğlu Azərbaycana köçəndən sonra həmyerlisi, əslən Ağdaş rayonundan olan Aqil Vəkilovla dostluq etməyə başlayıb: “Oğlumun xətrinə ailəvi şəkildə Aqilin toyunda da iştirak etdik. O vaxta kimi Aqili tanımırdım. Oğlum Ramil üçün 3 otaqlı mənzil almışdım. Evləndikdən sonra həmin mənzildə yaşayırdı. Bundan başqa, ailə üzvlərim Rusiyada yaşadığı dövrdə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 60 saylı binadan da mənzil almışdım. Rusiyada gələndə həmin evdə qalırdıq. Mənzilin açarının bir nüsxəsi oğlumda idi. Oğurluq hadisəsi olana qədər qapının kilidini heç vaxt dəyişməmişdim”. 

B.Səmədov deyib ki, Rusiyada qazandığı bütün pulları sözügedən mənzildə yataq otağındakı çarpayının altında gizlədib. 300 min dollar pulu iki hissəyə bölməklə sellofan torbanın içərisində saxlayıb. Pulların harada saxlandığını ailə üzvləri də bilib. Onlara deyib ki, pul lazım olarsa, həmin yerdən götürə bilərlər. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!