Dostunuzu çətin vəziyyətdə qoymadınız - Saakaşvilidən TƏŞƏKKÜR

saytların hazırlanması

Evə çatdırılma

Dostunuzu çətin vəziyyətdə qoymadınız - Saakaşvilidən TƏŞƏKKÜR

Maraqlı

13 İyul 2023 16:14 1446


Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Polşanın baş naziri Mateuş Moraveyskiyə təşəkkür edib.

Modern.az xəbər verir ki, bu barədə onun rəsmi tviter səhifəsində paylaşım edilib.

"Baş nazir, dostunuzu çətin vəziyyətdə qoymadığınız üçün təşəkkür edirəm və mən Polşa xalqına minnətdaram. Yüksək peşəkar tibbi heyət göndərdiyiniz üçün təşəkkür edirik. Gürcüstan və Polşa əbədi olaraq birlikdədir", - o qeyd edib. Sezar pizza

Xatırladaq ki, polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar.

2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!