Dövlət Agentliyindən “Son Zəng” xəbərdarlığı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyindən “Son Zəng” xəbərdarlığı

Sosial

13 İyun 2025 16:45 329


“Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır", - məlumatda qeyd olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!