Dövlət Agentliyinə direktor təyin edildi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyinə direktor təyin edildi - Foto

Hadisə

03 Fevral 2021 10:08 847


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub.

Yenisabah.az xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru əvəz edən Təbriz Əmmayevə həvalə edilib.

O, Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, nazirliyə gələnə qədər SOCAR-ın baş ofisində çalışıb. Toyuqlu pizza

Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edir, dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!