Dövlət başçısı “Powerchina group”un icraçı vitse-prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Dövlət başçısı “Powerchina group”un icraçı vitse-prezidenti ilə görüşdü

Siyasət

02 Sentyabr 2025 11:54 328


Prezident İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Dominos pizza

Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!