Dövlət bayrağı ilə bağlı qaydalara dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət bayrağı ilə bağlı qaydalara dəyişiklik edildi

Sosial

13 Yanvar 2020 17:48 1089


Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb. Sezar pizza

Qərarla Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!