Dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

Hadisə

28 Dekabr 2020 11:46 1172


2021-ci ilin dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.

Yenisabah.az xəbər verir ki, Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur. Dominos pizza

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!