Dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil oldu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil oldu

Siyasət

31 İyul 2020 10:26 658


“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Mili Məclisə daxil olub.

Yenisabah.az bildirir ki, bu barədə Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, bayramdan sonrakı həftə ərzində qanun layihəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi həyata keçiriləcək. pizza sifarişi

Eyni zamanda 2020-ci il dövlət büdcəsinə dəyişikliklə bağlı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna da dəyişikliklər ediləcək. Bu qanun layihələrinin komitədə müzakirəsi nəzərdə tutulur.

Dünən Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdi. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!