YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Dövlət Departamenti: “Cənubi Qafqazdakı prosesdə fəal iştirak edirik“

Dövlət Departamenti: “Cənubi Qafqazdakı prosesdə fəal iştirak edirik“

Bölgə

29 Sentyabr 2022 11:27 635


"ABŞ müxtəlif səviyyələrdə Ermənistanla Azərbaycan arasında gərginliyin azaldılması prosesində iştirak edir".

Yenisabah.az xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, xüsusilə qeyd edib ki, ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi elçisi Filip Riker prosesdə fəal iştirak edir.

“O, əlbəttə, keçən həftə Nyu-Yorkda dövlət katibinin yanında olub və bizim Ermənistan və Azərbaycanla üçtərəfli görüşümüzdə iştirak edib. Bu yaxınlarda o, Cənubi Qafqazda olub, orada yüksək vəzifəli şəxslərlə şəxsən görüşüb. Riker proseslərdə fəal iştirak edirdi”, – deyə Prays izahat verib.

Dövlət Departamentinin sözçüsü xatırladıb ki, Azərbaycan və Ermənistan liderləri, eləcə də iki ölkənin xarici işlər nazirləri ilə təmasda olan ABŞ dövlət katibi Entoni Blinken bu prosesdə fəal iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!