Dövlət Departamenti Mirzoyanın sözlərini təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Departamenti Mirzoyanın sözlərini təkzib etdi

Dünya

09 Yanvar 2025 10:40 417


Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı hazırda nəzərdən keçirəcək və ya elan edəcək heç bir şeyi yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.

Xatırladaq ki, yanvarın 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında Ermənistan-Amerika əməkdaşlığının artıq strateji xarakter daşıdığını bəyan edərək, tərəflərin razılığı ilə strateji dialoqun qurulduğunu bəyan edib. pizza sifarişi

Nazirin sözlərinə görə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib: 

“Müvafiq sənəd və ya sənədlər müzakirə olunur, Ermənistan və ABŞ rəsmiləri arasında görüşlər də planlaşdırılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!