"Əfqanıstanda yeni hökumətinin bəzi üzvlərinə dair narahatlığımız var".
Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun "Taliban" rəhbərliyini vədlərinə deyil, hərəkətlərinə görə dəyərləndirir. pizza sifarişi
Dövlət Departamentinin sözçüsü əlavə edib:
"Taliban"ın açıqladığı yeni hökumətin bəzi üzvlərinin mənsubiyyəti və mənşəyindən narahatıq. Əfqanıstan xalqının əhatəli bir hökumətə layiq olduğunu açıq şəkildə bildirdik. Fikrimizcə, "Taliban" ölkəni tərk etmək niyyətində olan xarici vətəndaşların və əfqanların təhlükəsiz keçidinə imkan yaratmalıdır".
Telegram kanalımız