Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə müraciət

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə müraciət

İqtisadiyyat

13 Fevral 2021 17:55 1175


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlamayan, bağlanılmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlərə müraciət edir.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Bununla əlaqədar həmin işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müvafiq xəbərdarlıq edilib. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Sezar pizza

İnzibati xətalar qanunvericiliyinə əsasən, qeyd olunan icbari sığorta müqavilələrini bağlamayan işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!