Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu - Foto

Maraqlı

05 Dekabr 2020 14:09 1808


Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov “Facebook” səhifəsində məlumat paylaşıb.

“Nigaran idik, amma ümidli idik... İtkin xəbərini alandan bəri yaşadığına inanırdıq. Qazi kimi dönəcəyinə, xidmət etdiyi gömrük postunda fəaliyyətini davam etdirəcəyinə inanırdıq. Dördpendirli pizza

Qayıtdı, amma şəhid kimi... Torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək qayıtdı Hacıyev Ülvi Şirin oğlu. Vətən Müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanmışdı.

Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub, ən yüksək məqama yüksəlib. Şəhadətin mübarək, Vətən oğlu! Ruhun qarşısında baş əyirik, şəhidim! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!