Dövlət Komitəsindən 17 yaşlı qızın itkin düşməsi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsindən 17 yaşlı qızın itkin düşməsi ilə bağlı açıqlama

Sosial

09 Yanvar 2020 09:43 1137


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir rayonunda 17 yaşlı Xəyalə Həsənovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb: “Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”. pizza

Qeyd edək ki, Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!