Dövlət Komitəsindən jurnalistlərin binası ilə bağlı açıqlama -   Sənədlər toplanır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsindən jurnalistlərin binası ilə bağlı açıqlama - Sənədlər toplanır

Sosial

01 Oktyabr 2019 08:58 1202


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr, saat 10:00-da Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq. pizza mizza

“Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovla (050-235-30-33) əlaqə saxlaya bilərlər”, - deyə məlumatda qeyd olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!