Dövlət Komitəsindən Laçın şəhəri, Zabux və Sus kəndi sakinlərinə çağırış

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsindən Laçın şəhəri, Zabux və Sus kəndi sakinlərinə çağırış

Maraqlı

02 Sentyabr 2022 21:17 1065


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsilə sorğu aparır.

Komitənin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Laçın şəhəri, Zabux və Sus kəndlərinə daimi qeydiyyatı olan və Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğusu işlənilməmiş vətəndaşlardan göstərilən telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur:

0559001205; 0559001214; 0559001227; 0559001228; 0559001229; 0559001230; 0559001231; 0559001233; 0559001259; 0559001505. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!