Dövlət Komitəsindən xəbərdarlıq: “Türkiyədən mal gətirməyin”

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsindən xəbərdarlıq: “Türkiyədən mal gətirməyin”

Rəsmi

09 Avqust 2021 17:28 1838


“Türkiyədən mal gətirməyin!”

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Türkiyə mənşəli malları Ermənistana idxal etmək naminə onları gizlətmək üçün vaxt və resurs itirməməyə çağırırıq, çünki malların mənşə ölkəsi məlum deyilsə, əsl mənşəyini öyrənmək üçün tədbirlər görüləcək, araşdırma tamamlanmayana qədər isə mal və nəqliyyat vasitələrinin keçidinə icazə verilməyəcək”.  Toyuqlu pizza

Komitə son vaxtlar türk mənşəli malların mənşəyini gizlətməklə idxalına qoyulan müvəqqəti qadağanı aşmaq cəhdlərinin artdığını vurğulayıb.

“Malların Türkiyə mənşəli olduğuna dair ən kiçik bir şübhə ilə Ermənistan ərazisinə gətirilməsinin qadağan ediləcəyini bildiririk”, – deyə xəbərdarlığın sonunda bildirilir.

Xatırladaq ki, Ermənistanda Türkiyədən mal-əmtəə idxalına embarqo qoyulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!