Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxdu

Siyasət

18 İyun 2020 17:55 905


"Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxmaları ehtimal olunan əməkdaşları testdən keçirilib və Komitənin iki əməkdaşında virus aşkarlanıb".

Yenisabah.az bildirir ki, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, onlar hazırda müalicə olunurlar və vəziyyətləri yaxşıdır: Sezar pizza

"Diasporla İş üzrə Dövlət Komitəsində qoruyucu tədbirlər davamlı olaraq həyata keçirilir, bütün qaydalara və təlimatlara ciddi əməl olunur. Komitənin inzibati binası mütəmadi olaraq dezinfeksiya edilir, hər gün işə gələn hər bir əməkdaşın bədən hərarəti ölçülür, sosial məsafə saxlanılır, xüsusi dezinfeksiyaedici maddələrdən və maskalardan istifadə olunur. Hər kəsə, o cümlədən əməkdaşlarımıza can sağlığı arzu edirik".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!