Dövlət Neft Fondunda yeni təyinat 

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Neft Fondunda yeni təyinat 

İqtisadiyyat

28 Mart 2023 10:47 2333


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) departamentlərdən birinə direktor təyin edilib. 

Yenisabah.az xəbər verir ki, Əli Sultanlı Neft kontraktları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin martından başlayıb. 2022-ci ilin yanvarından bu departamentdə direktor müavini olmaqla bərabər direktorun vəzifəsini icra edirdi. 

Ə.Sultanlı ARNDF-dəki karyerasına 2014-cü ildən başlayıb.  pizza mizza

Qeyd edək ki, Ə.Sultanlı 2009-2012-ci illərdə London Royal Hallouey Universitetində biznesin idarə edilməsi və menecmenti ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə London Kraliça Meri Universitetində bank və maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 

Hazırda ARDNF-in strukturunda 12 departament fəaliyyət göstərir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!