Dövlət qəzetinin idarəetmə forması dəyişib -   Baş redaktor təyin olunub  

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qəzetinin idarəetmə forması dəyişib - Baş redaktor təyin olunub  

Sosial

06 Oktyabr 2025 18:29 887


Rəsmi dövlət mətbuat orqanı olan “Azərbaycan” qəzetinin təşkilati-idarəetmə forması və maliyyələşmə mexanizmi dəyişib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, qəzeti bundan sonra birbaşa Milli Məclis maliyyələşdirəcək.

“Azərbaycan” qəzeti 2026-cı il yanvar ayının 1-dən etibarən qanunverici orqanın büdcəsindən maliyyələşəcək. Adıçəkilən qəzet indiyədək parlamentin orqanı olsa da, oradan maliyyə yardımı almayıb. Marqarita pizza

İdarəetmə formasının dəyişməsi ilə əlaqədar olaraq qəzetin baş redaktoru da yenidən təyin edilib. Bu vəzifəyə Bəxtiyar Sadıqov təyinat alıb.

Qeyd edək ki, B. Sadıqov 2002-ci ilin aprel ayından “Azərbaycan” qəzetinin baş redaktorudur.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!