Dövlət qulluğuna qəbul olunanlar and içdilər

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qulluğuna qəbul olunanlar and içdilər

Sosial

22 İyun 2019 08:28 1229


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi olub.  

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını qarşıdan gələn 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib. 

Ölkəmizdə dövlət idarəetmə sisteminin bütün sahələrində müasir, innovativ, optimal mexanizmlərin tətbiqi istiqamətində aparılan islahatları qeyd edən S.Babayev dövlət qulluqçularının sosial müdafəsinin gücləndirilməsi sahəsində də müvafiq işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının bu günlərdə reallaşan növbəti sosial islahatlar paketi dövlət qulluqçularının da əməkhaqlarının 50 faiz artırılmasını nəzərdə tutur. Toyuqlu pizza

S.Babayev qeyd edib ki, nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə, Dövlət İmtahan Mərkəzi ilə birgə iş müstəvisində həyata keçirilir. Ötən bir il ərzində nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə 332 nəfər işə qəbul edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan geniş miqyaslı  islahatlar nazirlik sistemində işləmək arzusunda olanların sayının da artmasına səbəb olub. Bir sıra hallarda hətta bir vakant yerə iddiaçı sayı 10 nəfəri ötür. Kadrların nazirlik sisteminə qəbulu prosesində kadrların müvafiq sahədə bilik, dünyagörüş, müasir bilik və bacarıqlarla yanaşı, məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik olmaları da əsas seçim və işə qəbul meyarlarından biridir. 

Andiçmə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!