Dövlət qurumlarında çalışanlara ŞAD XƏBƏR –   Maaşlarla bağlı YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumlarında çalışanlara ŞAD XƏBƏR – Maaşlarla bağlı YENİLİK

Sosial

04 Sentyabr 2025 14:11 38027


Yaxın zamanlarda Azərbaycanda işçilər əməkhaqlarını iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparıldığını təsdiqləyib.

Bəs bu addım bank sektorunda rəqabəti gücləndirəcəkmi? Marqarita pizza

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Akif Nəsirli Bizim.Media-ya deyib ki, burda əsas məqsəd banklar arasında rəqabət mühitini formalaşdırmaqdır:

“Məlumdur ki, son vaxtlara qədər dövlət qurumları tərəfindən verilən əmək haqları ancaq bir neçə bank tərəfindən ödənilirdi. Bu da həmin banklara bank bazarında əlavə üstünlüklər qazandırırdı. Yeni qərardan sonra həmin bankların bu üstünlükləri aradan qalxacaq. Artıq maaş alacağı bankı vətəndaş özü seçəcək. Hansı bank kimə daha sərfəlidirsə, məhz həmin bankla da işləyəcək. Bu da banklar arasında rəqabətin güclənməsinə vəsilə olacaq.

Nəticədə xidmətin keyfiyyəti yüksələcək, vətəndaş məmnunluğu artacaq. Nəzərə alaq ki, maaş və pensiyaların verilməsi üçün dövlət müvafiq banklara əlavə ödəniş edir. İndi həmin vəsait üçün də qızğın mübarizə gedəcək. Yaxşı olardı ki, hökumət pensiya və müavinətlərin verilməsində də yeni qaydanı tətbiq etsin. Bütün hallarda isə bu alqışalayiq addımdır”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramid
    İstəyir maaşı əl arabasında gətirib versinlər.onun nə fərqi var?
    8 months ago
  • Eziz
    Salam men DOST MMC.işə götürüb çilov adasında işləyirəm 75%dəniz əmsalı ilə 660 manat maaş alıram 28may NQÇİ-NİN tərkibində müvəqqəti işçi kimi işləyirəm hər gün hədələyib deyirlər səni aktlaşdırıb işdən çıxardırıq'2də.SOCAR'da işləyənlər kimi adqulnan'da iş rejimi yaratmırlar? bu hökumət hara baxır görəsən
    8 months ago
  • Mammadov Tahir Mayıl
    Maaşı hansı bankın verəcəyi əsla maraqlı deyil, bir gün tez bir gün gec, əsas odur ki maaşlar maaş olmalıdı, 1000-1500 manata indi ailə saxlamaq olar? Sizvondan danışın, yoxsa mənə bank seçimindən danışırlar
    8 months ago
  • Fərid
    Bir dəfə deyinki oldu, artdı,baş verdi.elə hər şey ola bilər deyif gedirsiz ey.kankret nə vaxt olcaq.
    8 months ago
  • Vüsalə
    Salam, meseln men A bankindan aliram maasi, evveller B bankindan alirdim. Indi muessisede 100 nefer var onlardan 15 neferi isdeseler B bankindan ala bilerler yoxsa mutleqdi hami isdesin B bankina kecmeyi?
    8 months ago