“Rəsmi məlumata görə “Dövlət Məşğulluq Agentliyi“ publik hüquqi şəxsi agentliyinin binasında bayraq əks olunmasına 35 min 300 manat xərclənəcək. Tenderdə guya "Lotus Co" QSC şirkəti qalib gəlib. Şirkət tək sentyabr ayında 3 milyon manata yaxın 3 müxtəlif tender udub”.
“Yeni Sabah” xəbər verir ki, bu məlumatı blogger Həbib Müntəzir yayıb. O, dövlət qurumunu büdcə oğurluğunda ittiham edib:
“Məşğulluq idarələrinin qabağında insanlar işsizlikdən 35 min əziyyət çəkirlər, bunlar büdcə oğurluğu ilə məşğuldur. Yeridir indi bunun? Xalqın qəpik-qəpik yığıb orduya, şəhid və hərbçi ailələrinə göndərdiyi bir vaxtda sizin bayraqdan pul yeyib, mənasız işlərlə məşğul olmağınızın adı əclaflıqdır. Bir ölkənin bayrağı o vaxt uca olur ki, onun vətəndaşlarının rifahı yaxşı olur”. pizza sifarişi
Telegram kanalımız