Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı    - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı  - Foto

Maraqlı

04 Fevral 2023 12:18 607


Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilmişdir. 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.  pizza mizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!