Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başladı

Kriminal

16 Oktyabr 2025 18:59 400


Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanətdə ittiham olunan İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. pizza sifarişi

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

Qeyd edək ki, sözügedən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Məlumata görə, İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar.

Həmçinin, DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniyada, Məmməd Şərifov isə Türkiyədə ələ keçirilərək Azərbaycana gətiriliblər.

Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!