“Dövlətin bütün yükü öz üzərinə götürməsi doğru deyil” –   Natiq Cəfərli

saytların hazırlanması

Evə çatdırılma

“Dövlətin bütün yükü öz üzərinə götürməsi doğru deyil” – Natiq Cəfərli

İqtisadiyyat

19 İyun 2019 12:45 1312


Prezidentin təşəbbüsü, təqdimatı, imzası ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeni qanun layihələri parlamentə təqdim olunacaq. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Bəs yeni qanun layihələri nə ilə bağlıdır və hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı “Yeni Sabah” açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, güman ki, təqdim olunan qanun layihələri təqaüd sahəsini əhatə edəcək. Onun sözlərinə görə, bu sahədə yenidən ciddi baxışa ehtiyac var: pizza

“Azərbaycanda təqaüdlər çox aşağıdır və məbləğin aşağı olması ölkədə olan 1 milyon 300 min pensiyaçı üçün  ciddi problemlər yaradır. Sonra sosial ödənişlərin  məbləği və qruplarla bağlı  yeni dəyişikliklərə ehtiyac yaranacaq. Ola bilər ki, sosial təminata ehtiyacı olan  insanların təyin olunması  və ya onların üzə çıxarılması üçün yeni qaydaların tətbiqi  və ödənişlərin həcmi ilə də bağlı  yeni yanaşma meydana çıxsın”. 

Ekspert vurğulayıb ki, Azərbaycanda sosial sahədə ciddi dəyişikliklərə ehtiyac var:

“Bu, qaçılmazdır və olacaq da.  Amma dövlətin bu  sahədə tamamilə bütün yükü öz üzərinə götürməsi də doğru deyil. Dünya təcrübəsində biznesin sosial məsələlərdə iştirakı ciddi müzakirə obyektidir. Bununla  bağlı müəyyən addımlar atılır. Bu da çox yaxşı effekt verir. 

Sosial müdafiə sahəsində dövlətlə yanaşı biznes də öz  məsuliyyətini hiss etməlidir. Dövlət də bunun üçün yaxşı təşviq proqramları həyata keçirə bilər. Yəni  sosial sahədə dövlətin ata biləcəyi addımların bir qismini bisnes sahəsi öz üzərinə götürdükcə onlara ciddi vergi güzəştləri tətbiq oluna bilər. Beləliklə, həm biznesin sosial məsuliyyəti artsın, həm də dövlətin üzərindən birbaşa yük azalsın. Vergi ödəmələrinə güzəştlər tətbiq etməklə biznes də sosial məsələlərdə dövlətlə birgə çalışa bilər. Bunun üçün müəyyən şərait yaradılmalı, qanun və qaydalara yenidən baxılmasına ehtiyac var”. 

Qeyd edək ki, sabah Milli Məclisin növbədənkənar plenar iclasına yeni qanun layihələrinin daxil olması gözlənilir.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!