Dövlətin pulunu mənimsəyən direktora cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Dövlətin pulunu mənimsəyən direktora cinayət işi açıldı 

Maraqlı

25 İyun 2023 17:09 895


Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Yenisabah.az-a Daşkəsən rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.  Dördpendirli pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə  cinayət işi başlanaraq istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!