Döyüş bölgəsində 18 yaşlı əsgər?   - “Ağzına gələni yazırlar, vallah, mən xəcalət çəkirəm”

saytların hazırlanması

Evə çatdırılma

Döyüş bölgəsində 18 yaşlı əsgər? - “Ağzına gələni yazırlar, vallah, mən xəcalət çəkirəm”

Maraqlı

19 Sentyabr 2022 12:21 10387


"“Komando"ya 18 yaşlı və təcrübəsiz uşaqlar ümumiyyətlə, götürülmür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert 12-14 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə erməni təxribatlarının qarşısı alarkən şəhid olan əsgərlərin yaşı ilə bağlı sosial şəbəkələrdə ortaya atılan qınaq dolu fikirlərə münasibət bildirib. Dominos pizza

Xatırladaq ki, cəmiyyətin bir çox kəsimi ön xətdə 18-19 yaşlı gənclərin düşmənlə üzbəüz olmasına iradlar bildirib və bunu səhv adlandırıb.

Öz növbəsində, Ü. Cəfərov deyib ki, cəmiyyətimizdə bəzi şəxslərin özünü çox ağıllı və hərbi sahəsinin bilicisi kimi göstərməyə çalışır: 

“Əgər 18 yaşlı gənc orduya çağırılan kimi hərbi and içmədən dərhal ön posta qoyulursa, cəmiyyətin fikrini bölüşərəm. Amma elə deyil. 18 yaşlı gənc əvvəlcə 3 aylıq təlim keçir, ondan sonra hərbi hissəyə gəlir və hərbi hissədə öz vəzifə borcunu yerinə yetirir. “18 yaş” deyəndə insanlar aya diqqət yetirsinlər. Yəni hansı ay orduya çağırılıb və neçə ay sonra şəhidlik zirvəsinə ucalıb. Ondan sonra bu suallara özü-özünə son qoyulacaq”.

Ü. Cəfərov əlavə edib:

“Hansı axmaq komandir təcrübəsiz əsgərə “Get ora, mövqeyi müdafiə et” deyər?! Bu gün bekarçılıqdan o qədər adam, əsasən də xanımlar sosial şəbəkədə ağzına gələni yazır, vallah, mən xəcalət çəkirəm. Ali hərbi məktəb oxumuş, NATO kurslarını bitirmiş, I Qarabağ savaşında döyüş əməliyyatlarında iştirak etmiş, dünyada gedən prosesləri izləyən və 25 ildir ki, bu sahənin içində olan bir şəxs kimi görürəm ki, ümumiyyətlə, hərbdən anlayışı olmayanlar hərbi əməliyyata qiymət verirlər”.

Ekspert izah edib ki, orduya nəinki 18, 35 yaşlı vətəndaş da çağırıla bilər:

“Biri ali təhsili bitirməyib, o biri magistr təhsili alır, digərinin səhhətində yaranmış problemlərə görə möhlət hüququ var. Baxın, 53 kq çəkisi olan əsgərimiz yaralanıb. Komandir o əsgəri hansı ehtiyacdan, yaxud zərurətdən ön xəttə çıxarırsa, bu, artıq komandirin vicdanına qalıb. Amma burada qeyri-qanuni heç nə yoxdur.

Komandoya isə 18 yaşlı və təcrübəsiz uşaqlar ümumiyyətlə götürülmür”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!