Döyüşlərdə itkin düşən ermənilərin siyahısı Azərbaycana təqdim edilib

saytların hazırlanması

Evə çatdırılma

Döyüşlərdə itkin düşən ermənilərin siyahısı Azərbaycana təqdim edilib

Hadisə

21 Noyabr 2020 06:59 2716


Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Beynəlxalq fəaliyyət departamentinin rəhbəri Vladimir Solovyov Beynəlxalq Qızıl Xaç Komitəsi səhra missiyasının nümayəndəsi Paskal Huntaya və Azərbaycan nümayəndələrinə Dağlıq Qarabağda silahlı münaqişə zamanı itkin düşmüş şəxslərin siyahısını təqdim edib.

Yenisabah.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Qeyd olunur ki, siyahı Rusiya FHN-in xahişi ilə tərtib edilib. Dominos pizza

"...İtkin düşənlərin siyahısını təqdim etdim, yəni onlar haqqında heç bir şey məlum deyil. Mən tərəfdaş kanallarımız vasitəsilə - bizim Azərbaycan FHN ilə qarşılıqlı fəaliyyətimizi nəzərdə tuturam, - bu siyahını Azərbaycan tərəfinə də verdim. Azərbaycan tərəfi də dedi ki, o, artıq nəzərə alınıb. Yəni onlar da öz kanalları ilə bu siyahıları veriblər və onlar üzərində işləyirlər", - V.Solovyov bildirib. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!