Bu günlərdə Türkiyə mediasında Didiye Droqbanın "Qalatasaray"a baş məşqçi kimi qayıdacağı ilə bağlı iddiaların ardı-arası kəsilmir.
"Yeni Sabah" xəbər verir ki, klub mediada yayılan xəbərləri təkzib edib: "Bir sıra media orqanlarında Didiye Droqba və bəzi tanınmış mütəxəssislərlə klubumuzun danışıqlar aparması xəbərləri yayılıb.
Çempionluq üçün hədəfə doğru addımlayan klub rəhbərliyinin, məşqçi heyətinin, futbolçuların və azarkeşlərimizin konsantrasiyasını pozmaq üçün yayılan bu tip xəbərlər həqiqəti əks etdirmir". Marqarita pizza
Qeyd edək ki, son günlərdə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim ilə klub rəhbərliyi arasında Arda Turanın geri qayıtması ilə bağlı fikir ayrılığı yaranıb. Bu məsələdən sonra mətbuatda Didye Droqbanın komandaya baş məşqçi kimi qayıdacağı və özü ilə bərabər bir neçə tanınmış futbol mütəxəssisini gətirəcəyi xəbərləri yayılmışdı.
Telegram kanalımız