DSMF Filialının kollektivindən kreativ addım -   Foto

saytların hazırlanması

Evə çatdırılma

DSMF Filialının kollektivindən kreativ addım - Foto

İqtisadiyyat

10 Yanvar 2021 13:27 1286


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Yenisabah.az-a verilən məlumata görə,filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib.

“Otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə “Zəngilan” adı verilib. Pepperoni pizza

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!