DSX-nin ələ keçirdiyi erməni diversantlar - Foto

DSX-nin ələ keçirdiyi erməni diversantlar - Foto

Hadisə Veb saytların hazırlanması

30 May 2023 21:41 3238


Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdı.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdı.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqa başlanılıb və toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Həbs edilən erməni diversantların sosial şəbəkədə yayılan fotolarını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!